"İnter" uduzdu (YENİLƏNİB)
Bizi izləyin

İdman

"İnter" uduzdu (YENİLƏNİB)

Bakının “İnter” futbol komandası UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

Publika.az xəbər verir ki, Bakı təmsilçisi İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda “Atletik” klubunun qonağıdır.

Oyunun 12-ci dəqiqəsində "Atletik"in futbolçusu Xavyer Eraso hesabı açıb. Görüşün ilk hissəsi İspaniya təmsilçisinin minimal üstünlüyü ilə başa çatıb - 1:0. 49-cu dəqiqədə Eraso dubla imza atıb - 2:0.

Yunanıstanlı baş hakim Stavros Tritsonis idarə etdiyi oyunda "İnter"in start heyətində Səlahət Ağayev, Xuan Fransisko, Laşa Kasradze, Zurab Xizanişvili, Denis Silva, İlkin Qırtımov, Nika Kvekveskiri, Nizami Hacıyev, Stepan Polyak, Fuad Bayramov və Rauf Əliyev yer alıblar.

"Atletik"in ilk on birliyində isə meydana Yaqo Errerin, Karlos Qurpeqi, Mikel Balensyaqa, Benyat, Ander İturraspe, Xabi Eçeyta, Xavyer Eraso, Oskar de Markos, Markel Susaeta, İbai Qomes və Ariç Adrius çıxıblar.

Qeyd edək ki, turnirə birinci təsnifat mərhələsindən qoşulan “İnter” komandası Albaniyanın “Laçi” və İslandiyanın “Hafnarfyordur” klubunu yarışdan kənarlaşdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm