Qriqorçuk: «Onun düzgün qərar verdiyinə əminəm»
Bizi izləyin

İdman

Qriqorçuk: «Onun düzgün qərar verdiyinə əminəm»

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Apollon” (Kipr) – “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, ukraynalı mütəxəssis qeydə alınan hesabın qənaətbəxş olduğunu vurğulayıb:

“Oyun yaxşı səviyyədə keçdi. Stadiondakı atmosfer, azarkeşlərin komandalarını dəstəkləməsi də xoşuma gəldi. Qarşılaşmanın gedişində hesabda geri olub, sonradan bərabərlik qolunu vurduğumuzu nəzərə alsaq, hesabı normal saymaq olar. Komandamız bu matçda yaxşı, rəqibdən daha güclü oynadı. Biz “Apollon”la müqayisədə daha çox qol imkanları yaratdıq. Düşünürəm ki, hesab fərqli, bizim xeyrimizə də ola bilərdi. “Apollon” yaxşı komandadır. Hakimlikdən danışarkən, siz emosiyalara əsaslanırsız. Bu matçın hakimi yüksək səviyyəyə malikdir. Bütün komandalar oyunlarına onun təyinat almasını istəyir. Emosiyaları kənara qoyub, oyunu bir daha peşəkar gözüylə izləsəniz, hakimlik haqda fikirləriniz dəyişər. Komandam qalib gəlmirsə, mən narazı qalıram. Hakimin nə vaxt penalti təyin etməsinin fərqi yoxdur. Əsas qərarın düzgün verilib-verilməməsidir. Bu oyundakı epizodun təkrarına baxmasam da, hakimi tanıdığımdan, səviyyəsinə, təcrübəsinə bələd olduğumdan onun düzgün qərar verdiyinə əminəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm