Maradonanın həyat yoldaşı oğru çıxdı
Bizi izləyin

İdman

Maradonanın həyat yoldaşı oğru çıxdı

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona keçmiş həyat yoldaşı Klaudiya Villyafaneni onun bank hesabından təxminən 9 milyon ABŞ dolları məbləğində vəsaiti oğurlamaqda günahlandırıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Maradona televiziya verilişlərinin birində keçmiş həyat yoldaşını oğru adlandırıb. Klaudiya Villyafane isə sabiq həyat yoldaşının ona qarşı irəli sürdüyü ittihamları rədd edir.

Futbolçunun keçmiş həyat yoldaşının sözlərinə görə, bu pullar reklamdan əldə edilib və Maradonaya məxsus deyil. Maradona və Villyafanenin iki qızı anasının tərəfini tutublar. Onlar "Twitter" səhifələrində Villyafaneyə dəstək verən yazılar yazıblar.

Ötən ilin payızında bəzi mətbu orqanlar məlumat vermişdi ki, Maradona yaxın ətrafının maliyyə fəaliyyətinin auditini sifariş edib.

Klaudiya Villyafane və Dieqo Maradona hələ 1976-ci ildə futbolçu dünya şöhrəti qazanmamışdan əvvəl tanış olublar. Onlar Buenos-Ayresin kasıb məhəllələrindən birində qonşuluqda yaşayırmışlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm