“Qalatasaray” “Real”dan aldığı futbolçunun qiymətini açıqladı
Bizi izləyin

İdman

“Qalatasaray” “Real”dan aldığı futbolçunun qiymətini açıqladı

“Real”ın oyunçusu Xose Rodriges Martines bundan sonra karyerasını “Qalatasaray”da davam etdirəcək. İstanbul klubu futbolçu ilə rəsmi müqavilə bağlayıb.

Rodriges “Qalatasaray”a, demək olar ki, havayı başa gəlib. “Aslan” futbolçunun meydana çıxacağı hər 30 oyuna görə, “Real”a 250 min avro ödəyəcək. Ancaq bu ödəmələr 4 dəfədən artıq olmayacaq. Belə demək mümkünsə, futbolçunun transferi üçün ödəniləcək məbləğ 1 milyon avronu aşmayacaq.

“Real” 2018-ci il, iyunun 30-na qədər futbolçunu almaq hüququnu özündə saxlayır. Maraqlıdı ki, “kral klubu” bu iddiada olsa, 10 milyon avro ödəməli olacaq.

Amma buna qədər “Qalatasaray” futbolçunu satmalı olsa, onda transferdən əldə olunan məbləğin 30 faizi “Real”a çatacaq. ispaniyalının Türkiyədki illik məvacibi 800 min avro təşkil edəcək.

Rodriges “Real”ın rekordçusu sayılır. O, “kral klubu”nun heyətində Çempionlar Liqasında meydana çıxan ən gənc futbolçu olub.

Qeyd edək ki, Rodriges 2012-ci il, dekabrın 4-də “Ayaks”la keçirlən oyunda 17 yaş 354 günlüyündə meydana çıxıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm