Almaniyanın ən güclüsü “Bavariya” yox, “Volfsburq”dur - VİDEO
Bizi izləyin

İdman

Almaniyanın ən güclüsü “Bavariya” yox, “Volfsburq”dur - VİDEO

Almaniya superkubokunun qalibi məlum olub.

Publika.az xəbər verir ki, superkubok uğrunda həlledici oyunda Bundesliqanın son çempionu "Bavariya" və ölkə kubokunun qalibi "Volfsburq" üz-üzə gəlib.

Volfsburqdakı "Volfsvaqen Arena"da keçirilən oyunda hesabı münhenlilər açsa da, üstünlüyü sonadək qoruyub saxlaya bilməyiblər. Belə ki, "Canavarlar" matçın sonuna bir dəqiqə qalmış hesabı bərabərləşdirməyə nail olublar - 1:1.

Superkubokun reqlamentinə uyğun olaraq, əlavə vaxt oynanılmadan birbaşa penaltilərə keçilib. Burda isə daha dəqiq oynayan "Volfsburq" superkuboka sahib çıxıb. Bu, "Canavarlar"ın tarixi ərzində qazandıqları ilk superkubokdur.

Bu sahədə rekord Dortmund "Borussiya"sına məxsusdu. "Sarı-qaralar" 5 dəfə superkubokun qalibi olub. Cəmi 4 dəfə bu kuboka yiyələnən "Bavariya" builki superkuboku da qazanacağı halda Dortmund təmsilçisinə çata bilərdi.

Almaniya superkuboku

Volfsburq - Bavariya 1:1 pen-5:4

Bendtner, 89 - Robben, 49.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm