Superkubok da PSJ-nin oldu - VİDEO
Bizi izləyin

İdman

Superkubok da PSJ-nin oldu - VİDEO

Fransa superkubokunun qalibi bəlli olub.

Publika.az xəbər verir ki, superkubok uğrunda son mövsümdə Liqa 1-i və ölkə kubokunu qazanaraq "qızıl dubl" etmiş PSJ və çempionatı 2-ci pillədə başa vurmuş "Lion" üz-üzə gəlib.

Qarşılaşmanın ilk hissəsində Oryerin və Edinson Kavaninin qollarıyla 2:0 hesabıyla önə keçən parislilər, bu üstünlüyü oyunun sonuna kimi qoruyub saxlaya biliblər.

Bununla da, Loran Blanın yetirmələri ardıcıl 3-cü dəfə olmaqla, ümumilikdə 5-ci superkubokunu qazanıb.

Bu sahədə rekord isə "Lion"a məxsusdur. "Şirlər" 8 dəfə bu kuboka sahib çıxıb.

Fransa superkuboku

PSJ - Lion 2:0

Orye, 11. Kavani, 17.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm