“İnter” – “Atletik” matçına biletlər satışda – 2-3 manat
Bizi izləyin

İdman

“İnter” – “Atletik” matçına biletlər satışda – 2-3 manat

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 6-da keçiriləcək “İnter” - “Atletik” görüşünün biletləri artıq satışa çıxarılıb.

Publika.az xəbər verir ki, cavab qarşılaşması "İnter Arena"da baş tutacaq. İspaniyanın ən köklü klublarından birini qəbul edəcək “İnter”in oyununun biletləri 2-3 manata satılacaq.

Qeyd edək ki, ilk görüşdə "Atletik" 2:0 hesabıyla qalib gəlib. Cavab görüşü avqustun 6-da saat 21:00-da start götürəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm