• USD 1,7007 0,00% EUR 2,0368 +0,29%
    • GBP 2,3022 -0,40% RUB 0,0293 -0,68%

“Qəbələ” – “Apollon” oyununu portuqaliyalılar idarə edəcək

  • İdman
  • 2 Avqust 2015 16:47
  • 608 Baxış
“Qəbələ” – “Apollon” oyununu portuqaliyalılar idarə edəcək

"Qəbələ"nin Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Kipr "Apollon"una qarşı keçirəcəyi cavab oyununun hakimləri məlum olub.

Publika.az xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan hakimlərə tapşırılıb.

Maraqlıdır ki, bu komandaların ilk oyununda "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun həmyerliləri olan ukraynalı hakimlər ədaləti təmsil etmişdilər. Bu dəfə isə "Apollon"un çalışdırıcısı Pedro Emanuelin həmyerlisi - Duarte Nunu Pererya Qomes baş hakim təyin olunub.

"Qəbələ" - "Apollon" oyunu avqustun 6-da "Bakcell Arena"da keçiriləcək və saat 21:00-da başlayacaq.

Tərəflər arasındakı ilk oyun 1:1 hesabıyla başa çatmışdı.

Avropa Liqası, 3-cü təsnifat mərhələsi, cavab oyunu

6 avqust

21:00. Qəbələ - Apollon (Limassol, Kipr)

Baş hakim: Duarte Nunu Pereyra Qomes (Portuqaliya).

Baş hakimin köməkçiləri: Luiş Andre Ferreyra Pintu Kampuş, Venansio Manuel Raposo Batista Tome (Portuqaliya).

Ehtiyat hakim: Brunu Migel Duarte Payxao (Portuqaliya).

Hakim-inspektor: Draqutin Karlo Polyak (Xorvatiya).

UEFA nümayəndəsi: Vladislav Xodeyev (Rusiya).

Bakı, "Bakcell Arena".

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>