“Arsenal” İngiltərənin, PSV Hollandiyanın ən güclüsüdür - VİDEO
Bizi izləyin

İdman

“Arsenal” İngiltərənin, PSV Hollandiyanın ən güclüsüdür - VİDEO

İngiltərə və Hollandiyada superkubokun qalibləri məlum olub.

Publika.az xəbər verir ki, “Dumanlı Albion”da keçirilən həlledici görüşdə Premyer Liqanın son qalibi "Çelsi"ylə ölkə kubokunun sahibi "Arsenal" üz-üzə gəlib.

Qarşılaşma Arsen Vengerin yetirmələrinin minimal hesablı qələbəsiylə yekunlaşıb - 1:0. "Zadəganlar"ın qapısından yeganə topu matçın 24-cü dəqiqəsində Aleks Oksleyd-Çemberleyn keçirib.

Bununla da, "Topçular" tarixində 14-cü dəfə İngiltərə superkubokuna yiyələnib.

İngiltərə superkuboku

Arsenal - Çelsi 1:0

Oksleyd-Çemberleyn, 24.

* * *

Hollandiya superkubokunun da sahibi bəlli olub.

Publika.az xəbər verir ki, həlledici görüşdə Hollandiya kubokunun sahibi "Qroningen"lə Erediviziyanın son qalibi PSV üz-üzə gəlib.

Amsterdamda keçirilən qarşılaşma 3:0 hesabıyla eyndhovenlilərin qələbəsiylə nəticələnib. Bu, "Qırmızı-ağlar"ın tarixi ərzində qazandıqları 10-cu superkubok olub.

Eyndhoven təmsilçisi bu sahədə Hollandiyada birincidir.

Hollandiya superkuboku

Qroningen – PSV 0:3

De Yonq, 25, 64. Maher, 50

Oxumağa davam et
Reklam
Reklam

Gündəm