“Qəbələ” - “Apollon” matçının biletləri nə vaxt satışa çıxarılacaq? – RƏSMİ
Bizi izləyin

İdman

“Qəbələ” - “Apollon” matçının biletləri nə vaxt satışa çıxarılacaq? – RƏSMİ

Xəbər verdiyimiz kimi, “Qəbələ”nin Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Kipr “Apollon”una qarşı keçirəcəyi cavab oyunu avqustun 6-da "Bakcell Arena"da keçiriləcək. Görüş saat 21:00-da başlayacaq.

Komandadakı son vəziyyət, futbolçuların durumu ilə bağlı məlumat almaq üçün klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq.

Publika.az-a danışan klub rəsmisi komandada vəziyyətin normal olduğunu, zədəli bir oyunçunun da sağalmaq üzrə olduğunu açıqladı:

“Hər şey qaydasındadır, komanda məşq edir. Zədəsi olan Floresku da zədəsini bərpa etmək üzrədir. Sonuncu məşq oyundan bir gün öncə “Bakcell Arena”da baş tutacaq. Cavab oyununda Floreskunun çıxış edib-etməyəcəyi haqda dəqiq heç nə deyə bilmərəm”.

A.Hacıyev onu da bildirdi ki, biletlər bu gündən satışda olacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm