• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

9 klub, 18 rekordçu – “Zirə” “ofsayd”da

  • İdman
  • 3 Avqust 2015 14:38
  • 303 Baxış
9 klub, 18 rekordçu – “Zirə” “ofsayd”da

Azərbaycan Premyer Liqasının 2015/16 mövsümündə iştirak edəcək 10 klubdan 9-u əvvəllər də güclülər dəstəsində çıxış edib. Bu o deməkdir ki, həmin klublar Premyer Liqadakı rekordçulara malikdir. Bunlar komandanın heyətində güclülər dəstəsində ən çox oyun keçirən və ən çox qol vuranlardır.

Publika.az xəbər verir ki, 9 klubun ümumilikdə 18 rekordçusu var. Yalnız Viktor Mendi hər iki göstəricidə “Qəbələ”nin rekordçusudur. Lakin o, bir göstəricidə şərikli nəticəyə malikdir. “Zirə” Premyer Liqanın debütantı olduğundan klubun rekordçusu yoxdur.

Klubun heyətində çempionatda ən çox oyun keçirən futbolçular

Qarabağ: Aslan Kərimov – 268

İnter: Vladimir Levin – 205

Qəbələ: Dodo, Viktor Mendi – 112

Neftçi: İqor Getman – 182

AZAL: Usim Nduka – 208

Xəzər Lənkəran: Rahid Əmirquliyev – 236

Sumqayıt: Slavik Alxasov – 92

Kəpəz: Azər Məmmədov – 186

Rəvan: Ramazan Abbasov – 70

Klubun heyətində çempionatda ən çox qol vuran futbolçular

Qarabağ: Müşfiq Hüseynov - 109

İnter: Baçana Sxadadze - 31

Qəbələ: Viktor Mendi - 29

Neftçi: Samir Ələkbərov - 99

AZAL: Zohair Benouahi - 24

Xəzər Lənkəran: Zaur Ramazanov - 33

Sumqayıt: Məhəmməd Qurbanov - 18

Kəpəz: Fazil Pərvərov - 80

Rəvan: Xuan Manuel Varea - 17

Xəbər lenti

DAHA ÇOX XƏBƏR