
UEFA Avropa Liqasının III təsnifat mərhələsində daha bir təmsilçimiz cavab oyununa çıxacaq. Belə ki, avqustun 6-da Bakı “İnter”i “Atletik”lə qarşılaşacaq. Matç saat 21:00-da start götürəcək.
Komandadakı durum, zədəli futbolçuların olub-olmaması ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verdi.
O, Publika.az-a açıqlamasında oyuna marağın böyük olduğunu deyib:
“Komanda bu gün hazırlıqlara start verib. Ümumi vəziyyət yaxşıdır. Ciddi zədəli və ya cəzalı yoxdur. Biletlər bu gündən satışdadır. Qiymətləri 2-3 manat arasında dəyişir. Biletləri “İnter Arena” stadionunda və Tofiq Bəhramov stadionunda kassalardan əldə etmək olar”.
Aygün İlqarqızı