Şeyxlərin 63 milyona aldığı futbolçu həkim müayinəsində
Bizi izləyin

İdman

Şeyxlərin 63 milyona aldığı futbolçu həkim müayinəsində

“Mançester Yunayted”in sabiq futbolçusu Anhel Di Mariya Qətərin paytaxtı Dohaya gəlib.

Publika.az xəbər verir ki, bu barədə Fransa mətbuat məlumat yayıb. Futbolçunun ora getməkdə məqsədi həkim müayinəsindən keçməkdir. Belə ki, o burada PSJ-nin həkimləri tərəfindən müayinə ediləcək. Argentinalının Paris klubu ilə 4 illik müqavilə bağlayacağı gözlənilir.

Di Maria ötən ilin yayında “Real”dan “Mançester Yunayted”ə keçmişdi. Bir neçə gün əvvəl İngiltərə klubunun baş məşqçisi Lui van Qal Di Mariya barədə suala “onu tapsanız, bizə də xəbər edin” cavabını vermişdi.

Xatırladaq ki, Anhel Di Mariya 63 milyon avro qarşılığında PSJ-yə transfer edilir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm