Messi diktatoru dəstəkləyir? - FOTO
Bizi izləyin

İdman

Messi diktatoru dəstəkləyir? - FOTO

“Barselona”nın ulduz oyunçusu Lionel Messi bu yaxınlarda Qabona səfər edib. Messi bu ölkədə tikiləcək yeni stadionun təməlqoyma mərasimində iştirak edib. O, Qabona ölkə prezidentinin dəvətiylə gedib. Ancaq argentinalı futbolçunun bu səfəri birmənalı qarşılanmayıb. Çünki Qabon prezidenti diktator kimi tanınır.

Publika.az xəbər verir ki, insan hüquqları uğrunda mübarizə aparan təşkilatlar Messini bu dəvəti qəbul etdiyinə görə kəskin tənqid ediblər.

HRF fondunun prezidenti Tora Xalvorssen hesab edir ki, Messi belə addım atmaqla öz imicinə ciddi zərbə vurub:

“Messi reputasiyasını ciddi şəkildə zədələdi. O, qəddar diktatorun alətinə çevrildi. Uşaqları müdafiə edən, YUNİSEF-in səfiri sayılan biri diktatorlara, qəddar rejimlərə dəstək verməməlidir”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm