“Üç oyunu başa vurmaqdan başqa çarə yoxdur” - RƏSMİ AÇIQLAMA
Bizi izləyin

İdman

“Üç oyunu başa vurmaqdan başqa çarə yoxdur” - RƏSMİ AÇIQLAMA

İdman Arbitraj Məhkəməsi (CAS) "Xəzər Lənkəran"ın şikayətinə baxıb. CAS FİFA-nın kluba qoyduğu transfer qadağasını qüvvədə saxlayıb.

Məlumata görə, qərara əsasən, qadağa avqustun 31-dək davam edəcək. Başqa sözlə, "Xəzər Lənkəran" Azərbaycan Premyer Liqasının ilk turlarında "İnter" və "Rəvan"la ev, "Sumqayıt"la səfər matçlarında yeni transferlərinin xidmətindən yararlana bilməyəcək. Klub belə ağır və çətin durumdan çıxa biləcəyinə əminlik ifadə edib.

Maraqlıdır? komanda bu durumdan necə çıxa biləcək? Planları nədir? Bu suallara cavab tapmaq üçün klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq.

Klub rəsmisi Publika.az-a bunları dedi:

“İlk üç oyunda ötənilki heyətlə mübarizə aparmalıyıq. Daha sonra azad agent statuslu futbolçu transfer edə bilərik. Üç oyun üçün əslində yetərli futbolçumuz qalmayıb. Çünki ötən mövsüm çıxış edən futbolçuların bir neçəsi komandadan ayrılıb. Bununla belə, çıxıb bu üç oyunu başa vurmaqdan başqa çarə yoxdur. Azarkeşlərimizə güvənirik. "XL" azarkeşinin gücü 5 transferə dəyər”.

Qeyd edək ki, "Xəzər Lənkəran" 2011-ci ilin yayında transfer olunmuş və heç bir oyunda forma geyinmədən komandadan göndərilmiş bosniya və herseqovinalı futbolçu Veldin Muharemoviçin şikayətindən sonra transfer qadağasına məruz qalıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm