“Qarabağ” - “Seltik” matçında anşlaq olacaq
Bizi izləyin

İdman

“Qarabağ” - “Seltik” matçında anşlaq olacaq

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin sabah baş tutacaq “Qarabağ” - “Seltik” matçına biletlər tükənmək üzrədir.

Publika.az xəbər verir ki, bunu Tofiq Bəhramov adına Respublika stadionunun kassasının önündəki azarkeş sayından görmək mümkündür. Bundan əlavə, klubun mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, oyunun başlamasına bir gün qalmasına baxmayaraq, artıq stadionun kassalarında, demək olar, bilet qalmayıb.

Günün ilk yarısına olan məlumata görə, kassada təxminən 1500-2000 bilet qalmışdı.

“Qarabağ” - “Seltik” matçı sabah saat 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm