Ayaqqabıları üçün ev tikən idmançı
Bizi izləyin

İdman

Ayaqqabıları üçün ev tikən idmançı

"San-Antonio"nun hücumçusu Lamarkus Oldric qeyri-adi ideyası ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, basketbolçu xüsusi ev tikdirir. Yox, bu evdə o, özü yaşamayacaq. Oldric xüsusi evdə krassovkalarını saxlamaq niyyətindədir. Lamarkus ideyası ilə bağlı fikirlərini də bildirib:

"Hesab edirəm ki, avqustun sonuna qədər evin tikintisi başa çatacaq. Təxminən 100-ə yaxın krassovka dolabdadır. Daha 50 krassovka isə evdə ora-bura səpələnib. Kolleksiyamın yarısını isə itirmişəm.

Krassovkalar üçün ev mənzilimin yanında yerləşəcək. Ümid edirəm ki, kolleksiyam orda etibarlı şəkildə qorunacaq".

Oldric iyulun əvvəlində "San-Antonio" ilə 4 illik müqavilə bağlayıb. Müqaviləyə əsasən, basketbolçu 80 milyon dollar qazanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm