"Seltik" Tofiq Bəhramov adına stadiondan imtina etdi
Bizi izləyin

İdman

"Seltik" Tofiq Bəhramov adına stadiondan imtina etdi

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah Şotlandiyanın “Seltik” klubunu qəbul edəcək.

Sport7.az xəbər verir ki, qarşılaşma öncəsində problem yaranıb.

Belə ki, bu gün axşam Tofiq Bəhramov adına Respublika Stadionunda məşqə çıxmalı olan qonaq rəsmilər günorta saatlarında mərkəzi arenaya baş çəkib. Şotlandlar meydançanın durumu ilə tanış olandan sonra qarabağlılara oyunöncəsi son hazırlığı başqa arenada keçirmək istədiklərini bildiriblər.

Təmsilçimiz də qlazqoluları razı salmaq üçün alternativ variant axtarışına çıxıb.

Saytın yaydığı məlumata görə, ağdamlılar hətta “Bakcell Arena"nı xidmətindən yararlanmaq istəyir. Artıq bununla bağlı stadionun məxsus olduğu AFFA-ya müraciət ünvanlanıb. Assosiasiyadan müsbət cavab alınmayacağı halda məcburən oyunöncəsi məşq Respublika stadionunda keçiriləcək. Amma qonaqların ixtiyarına "Qarabağ" bazasının verilmə variantı da var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm