• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Bu gün tarixi gündür

  • İdman
  • 5 Avqust 2015 12:30
  • 388 Baxış
Bu gün tarixi gündür

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.

Publika.az xəbər verir ki, bu gün “Qarabağ” üçün tarixi gün ola bilər.

Qurban Qurbanovun komandası Tofiq Bəhramov adına respublika stadionunda Şotlandiyanın “Seltik” klubunu qəbul edəcək. Səfərdə keçirilən ilk oyunda rəqibinə 0:1 hesabı ilə uduzan komandamız mərhələni keçmək üçün mütləq qalib gəlməlidir.

“Qarabağ” mərhələ adlamaqla tarixində ilk dəfə pley-off oynaya bilər. Bununla da Azərbaycan futbolu tarixinə düşə bilər.

Bu gün ÇL-də daha 10 qarşılaşma baş tutacaq.

Qonşu Türkiyəni təmsil edən “Fənərbaxça” Ukraynaya səfər edəcək. “Şaxtyor” İstanbul klubunu Lvovda qəbul edəcək. Çempionlar Liqasının bu mərhələsində uğursuzluğa düçar olanlar Avropa Liqasında pley-off oynayacaq.

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi, cavab oyunları

19:00 Astana (Qazaxıstan) - HİK (Finlandiya) (0:0)

21:30 QARABAĞ (AZƏRBAYCAN) - Seltik (Şotlandiya) (0:1)

21:45 Sparta (Çexiya) - MOİK (Rusiya) (2:2)

22:30 BATE (Belarus) - Videoton (Macarıstan) (1:1)

23:15 Bazel (İsveçrə) - Lex (Polşa) (3:1)

23:30 Brügge (Belçika) - Panatinaikos (Yunanıstan) (1:2)

23:30 Malmö (İsveç) - Zalsburq (Avstriya) (0:2)

23:30 Partizan (Serbiya) - Styaua (Rumıniya) (1:1)

23:45 Skenderbeu (Albaniya) - Milsami (Moldova) (2:0)

23:45 Viktoriya (Çexiya) - Makkabi (Təl-Əviv, İsrail) (2:1)

23:45 Şaxtyor (Ukrayna) - Fənərbaxça (Türkiyə) (0:0)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR