Cahangir Hacıyevin klubu niyə dağılır? - RƏSMİ AÇIQLAMA
Bizi izləyin

İdman

Cahangir Hacıyevin klubu niyə dağılır? - RƏSMİ AÇIQLAMA

Son zamanlar “İnter” haqqında söz-söhbətlər bitmək bilmir. Gah deyirlər oyunçular məşqə və “Atletik”lə görüşə çıxmaqdan imtina edir, gah da deyirlər oyunçular narazıdır. İndi isə Cahangir Hacıyevin klubunun dağılmaq təhlükəsində qaldığı iddiası ortaya atılıb.

Görəsən, doğrudan da bütün bunlar klubun başına gəlib?

Məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovla əlaqə saxladıq. Publika.az-a danışan klub rəsmisi bütün bunları boş söhbətlər adlandırdı:

“Komandanın oyuna çıxmamaq söhbəti yoxdur. “İnter” oynayacaq. Biz belə yazılara alışmışıq. İndi bizdə problem maliyyədədir, yəni sabitlik yoxdur. Amma düzələcək. Rəhbərlik - Georgi Nikolov şəxsən özü futbolçularla görüşüb. Komandanın dağılması da boş söhbətdir”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm