Terrordan qorxdu, yardım istədi - nazirlik ailəsini yanına gətirdi
Bizi izləyin

İdman

Terrordan qorxdu, yardım istədi - nazirlik ailəsini yanına gətirdi

“Boko Haram” terror təşkilatının Kamerundakı qırğınlarına görə “Trabzonspor” klubunun yeni futbolçusu Stefan Mbia qorxuya düşüb.

Publika.az xəbər verir ki, o, vətənində qalan ailəsi üçün rəhbərlikdən kömək istəyib.

Klub rəhbərliyi də Türkiyə Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Kamerun səfirliyi vasitəsilə futbolçunun ailəsi etibarlı bölgəyə köçürülüb.

Daha sonra viza və sənədləşmə prosedurları başa çatdıqdan sonra futbolçunun ailəsi gecə Türkiyəyə gətirilib. Ailəsinə göstərilən yardıma görə Mbia “Trabzonspor” rəhbərliyinə öz təşəkkürünü bildirib:

“Anam, atam və iki qardaşım əmin əllərdədir. Minnətdaram, borcumu meydanda ödəyəcəyəm”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm