Olimpiya mükafatçımızın ailə fotoları yayıldı - FOTOLAR
Bizi izləyin

İdman

Olimpiya mükafatçımızın ailə fotoları yayıldı - FOTOLAR

Dünya və 4 qat Avropa çempionu, Olimpiya mükafatçısı və I Avropa Oyunlarının qalibi güləşçi Mariya Stadnik şəxsi fotolarını sosial şəbəkədə paylaşıb.

Xanım güləşçinin fotoları içərisində həyat yoldaşı Andriy Stadnik və uşaqları ilə çəkilmiş şəkilləri var.

Publika.az xanım güləşçimizin idmandan kənar keçirdiyi maraqlı həyat tərzini fotolarla təqdim edir:

Xatırlatma:

Demək olar ki, Azərbaycanda qadın güləşini məşhurlaşdıran Mariya Stadnik olub. 2007-ci ildən – 19 yaşından millimizin heyətində yer alan Mariya tez zamanda Azərbaycan xalqının da sevimlisi olub. Xanım güləşçilərdən ibarət millidə çıxış etdiyi vaxtlarda 4 dəfə Avropa çempionu, 1 dəfə dünya çempionu, iki dəfə olimpiya oyunlarının mükafatçısı (gümüş, bürünc) olub. Həmçinin I Avropa Oyunlarının qalibi və bir çox başqa beynəlxalq turnirlərin qalib və mükafatçısı olub.

Onun həyat yoldaşı Andriy Stadnik də məşhur güləşçidir. O, ölkəsinin – Ukraynanın sərbəst güləş üzrə millisinin üzvü olub. Bir çox turnirlərin qalib və mükafatçısıdır. Həmçinin Pekin Olimpiya Oyunlarının gümüş medalçısıdır. Mariyadan fərqli olaraq, həyat yoldaşı idmançı kimi karyerasını başa vurub.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm