UEFA "Apollon" - "Qəbələ" matçı ilə bağlı 3 intizam işi açdı
Bizi izləyin

İdman

UEFA "Apollon" - "Qəbələ" matçı ilə bağlı 3 intizam işi açdı

UEFA Kiprin "Apollon" və Azərbaycanın "Qəbələ" klubları arasında keçirilmiş Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu zamanı yerli azarkeşlərin hərəkətləri ilə bağlı qərarı gələn həftə verəcək. Bu barədə Report-un sorğusuna cavab olaraq UEFA-dan bildirilib.

Rəsmi açıqlamada deyilir ki, "Apollon"a qarşı meydana yad əşyaların atılması və kənar şəxslərin daxil olması maddələri ilə intizam işi açılıb. İşə avqustun 13-də baxılacaq. Kipr komandası isə "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun yolverilməz jestinə etiraz edib. Etirazla bağlı qərar bu gün veriləcək.

Qeyd edək ki, Cavid Hüseynov oyunun uzatma dəqiqələrində penaltini dəqiq yerinə yetirdikdən sonra kiprli fanatlara qarşı qeyri-etik jest edib. "Qəbələ"nin kapitanı bu addımını oyunboyu özlərinin və Azərbaycan bayrağının təhqirlərə məruz qalması ilə əlaqələndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm