UEFA “Qəbələ”nin kapitanını cəzalandırmadı
Bizi izləyin

İdman

UEFA “Qəbələ”nin kapitanını cəzalandırmadı

UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 30-da keçirilən "Apollon" (Kipr) - "Qəbələ" matçı (1:1) ilə bağlı qərar verib.

Publika.az xəbər verir ki, qitə futbol qurumu Larnaka şəhərindəki "Antonis Papadopulos" stadionunda baş tutan görüşdə yaşananları müzakirə edərək, müvafiq addımı atıb.

Matçdakı bərabərlik qolunu vurarkən sevincini nümayiş etdirən Cavid Hüseynovun jestindən narazı qalan "Apollon"un şikayətini, həmçinin "Qəbələ"nin kapitanı ilə bağlı göndərdiyi müdafiə məktubunu dəyərləndirən UEFA kiprlilərin iddialarını əsassız hesab edib. Qurum baş verənlərin bütün təfərrüatlarını nəzərdən keçirdikdən sonra Hüseynovun cəzalandırılmamasına qərar verib.

Qeyd edək ki, "Qəbələ" və "Apollon" arasında cavab oyunu avqustun 6-da Bakıda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm