“Barselona”nın ABŞ turnesi - VİDEO
Bizi izləyin

İdman

“Barselona”nın ABŞ turnesi - VİDEO

Mövsümlərarası dövrdə bütün iddialı klublar müxtəlif ölkələrdə keçirilən turnirlərə qatılır.

Publika.az xəbər verir ki, ötən mövsümün ən güclü klubu – İspaniya çempionu, İspaniya kubokunun və Çempionlar Liqasının qalibi “Barselona” da 10 gün ABŞ-da oldu. ABŞ turnesi ərzində Los Anceles, San-Fransisko və Vaşinqton kimi böyük şəhərləri gəzən kataloniyalılar həmçinin 3 oyun keçirdi. “Los Anceles Qeleksi”, “Mançester Yunayted” və “Çelsi”ylə matçların balansı belə oldu: 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət.

10 gün ərzində futbolçular təkcə ABŞ-ın görməli yerləriylə tanış olmadı, eyni zamanda amerikalı azarkeşlər də dünya şöhrətli top sehrbazlarıyla görüşdən zövq aldı.

Bundan başqa, “Barsa”nın futbolçuları basketbol ulduzu Kobi Brayantla, San Fransiskoda “Qolden Steyt Uorriorz” basketbol komandasıyla görüşdülər və onlarla birlikdə basketbol da oynadılar. Bu, səfərin idman tərəfi.

İdmandan kənar olaraq, Kataloniya klubunun müdafiəçisi Jerar Pike “Tvitter”in ofisinə baş çəkib və sosial şəbəkənin rəhbərliyiylə görüşüb. Ən maraqlısı isə odur ki, “Barsa TV”-nin operatorları bütün səfərboyu lentə aldıqları məqamları sənədli film şəklində təqdim edib. Baxmağınız məsləhətdir. Çox maraqlı və təbii alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm