
Premyer Liqanın yayım hüququnu alan CBC kanalı artıq bu yöndə fəaliyyətə başlayıb.
Publika.az xəbər verir ki, çempionat oyunlarını şərh edəcək şərhçilər müəyyənləşib.
Məlumata görə, kanalın şərhçiləri tanınmış jurnalistlər - Şəmsəddin Abbasovla Rüstəm Əfsərli olacaq.
Qeyd edək ki, Şəmsəddin Abbasov CBC kanalının idman redaksiyasının redaktoru vəzifəsində çalışır. (fanat.az)