Oynamaya-oynamaya 2 pillə irəli
Bizi izləyin

İdman

Oynamaya-oynamaya 2 pillə irəli

Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb.

Publika.az xəbər verir ki, sonuncu dəfə iyulun 9-da açıqlanan cədvəllə müqayisədə bəzi dəyişikliklər baş verib. Dəyişikliklər Azərbaycan millisinə də təsir edib. Son 4 həftədə meydana çıxmayan komandamızın xal hesabı dəyişməsə də, yığmamız irəliləyib. Belə ki, 302 xala malik milli 2 pillə yüksələrək, 106-cı yerə sahib çıxıb.

FİFA reytinqinin ilk “onluğ”unda da dəyişikliklər diqqət çəkir. Son dünya çempionu və növbəti mundialın seçmə mərhələsində Azərbaycan yığmasına rəqib olan Almaniya 2-ci pilləni də əldən verib. Bundestimi bu mövqedən Belçika sıxışdırıb. Hollandiya isə ümumiyyətlə 10 ən yaxşı arasındakı yerini itirib.

Millimizin AÇ-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən hamısının mövqeyi dəyişib. Xorvatiya və İtaliya hərəyə 1 pillə irəliləyibsə, Norveç, Bolqarıstan və Malta hərəyə 1 addım geriləyib.

“İlk onluq”

1 (1). Argentina – 1425

2 (3). Belçika – 1244

3 (2). Almaniya – 1226

4 (4). Kolumbiya – 1218

5 (6). Braziliya – 1186

6 (7). Portuqaliya – 1177

7 (8). Rumıniya - 1166

8 (9). İngiltərə - 1157

9 (10). Uels - 1155

10 (11). Çili – 1124

Millimiz və “qonşuları”

101 (103). Kanada - 323

102 (96). Niger - 312

103 (105). Makedoniya - 311

104 (111). Syerra-Leone - 304

105 (107). Antiqua və Barbuda – 303

106 (108). AZƏRBAYCAN – 302

107 (110). Litva - 301

108 (105). Qvatemala – 299

108 (112). Zimbabve - 299

110 (88). Salvador – 289

111 (114). Namibiya - 284

AÇ-2016-dakı rəqiblərimiz

13 (14). Xorvatiya – 1023

16 (17). İtaliya – 1001

68 (67). Norveç - 495

69 (68). Bolqarıstan - 489

159 (158). Malta – 157

Oxumağa davam et
Reklam
Reklam

Gündəm