• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Qarabağ”ın potensial rəqibləri - “Fənərbağça”, “Ayaks”...

  • İdman
  • 6 Avqust 2015 18:37
  • 489 Baxış
“Qarabağ”ın potensial rəqibləri - “Fənərbağça”, “Ayaks”...

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündə evdə "Seltik"lə 0:0 bərabərə qalaraq turnirlə vidalaşan "Qarabağ"ın mübarizəni Avropa Liqasında davam etdirəcəyi məlumdur.

Publika.az xəbər verir ki, ağdamlıların Avroliqanın pley-off mərhələsindəki 22 potensial rəqibindən 9-u artıq müəyyənləşib.

Həmin komandalar "Qarabağ" kimi Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni dayandıran klublardır. “Köhlən atlar” püşk zamanı səpələnməmişlər səbətində yer alacaq ki, bu da komandanı nisbətən güclü rəqiblə üz-üzə qoyacaq.

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bunlardı:

"Ayaks" (Hollandiya), "Zalsburq" (Avstriya), "Viktoriya" (Çexiya), "Styaua" (Rumıniya), "Yanq Boyz" (İsveçrə), "Sparta" (Çexiya), "Fənərbağça" (Türkiyə), "Panatinaikos" (Yunanıstan), "Lex" (Poznan).

Avropa Liqasının pley-off mərhələsində 44 komanda iştirak edəcək ki, bunlardan 29-u 3-cü təsnifat mərhələsinin qalibləri olacaq. Digər 15 klub isə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni dayandıran klublardır.

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin püşkü sabah atılacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR