“Topçular”ın 65 milyonluq planı
Bizi izləyin

İdman

“Topçular”ın 65 milyonluq planı

"Real"ın və Fransa millisinin hücumçusu Kərim Benzema növbəti mövsümdən İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Publika.az xəbər verir ki, bu barədə məlumatı İngiltərənin "Mirror" qəzeti yayıb. İngilis həmkarlarımız London "Arsenal"ının əlcəzair əsilli forvardın xidmətində maraqlı olduğunu yazıb.

Belə ki, "Topçular"ın baş məşqçisi Arsen Vengerin hücum xəttində Məsut Özilin qarşısında oynatmağa hücumçu axtardığını və bu mövqeyə ən uyğun namizəd kimi Benzemanı gördüyü deyilir. Hətta Vengerin bu transferin reallaşması üçün klub rəhbərliyiylə danışaraq, forvard üçün 65 milyon avroluq bir büdcə ayırtdığı da qeyd edilir.

Qəzetin yaydığı məlumata görə, "Real"da daim Kriştiano Ronaldo və Qaret Beylin kölgəsində qalan Benzema da Madriddən ayrılmağın əleyhinə deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm