“Pley-off” mərhələsi çətin olacaq
Bizi izləyin

İdman

“Pley-off” mərhələsi çətin olacaq

“Çox şadıq. Sizlərə, azarkeşlərə sevinc bəxş etdik. Rəhbərliyi və bütün “Qəbələ”ni sevənləri təbrik edirəm”.

Axar.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyundan sonra jurnalistlərə deyib. Ukraynalı mütəxəssis “Apollon” üzərindəki qələbədən sonrakı oyunun çətin olacağını etiraf edib:

“Çünki əsas heyətin futbolçuları növbəti oyunda iştirak etməyəcək. Artıq çempionat da başlayır. Amma ehtiyatda da oyunçularımız var. Onlar da yaxşı futbolçulardı. Yəqin ki, zədəlilərimiz də qayıdacaq. Bu ərəfədə onların dönüşü çox vacibdir”.

Qriqorçuk nizam-intizamla bağlı komandada söhbət aparıldığını söyləyib:

“Buna baxmayaraq, Cavid yenə intizamı pozdu. Onu çox istəyirəm. Mənim ən sevimli futbolçularımdandır. Ancaq bu o demək deyil ki, qaydaları poza bilər. Onu cəzalandırmaq olar, ancaq onu o qədər çox istəyirəm ki... Düşünürəm ki, özü səhvini başa düşəcək.“Pley-off” mərhələsi çətin olacaq. Biz növbəti mərhələdə hansısa ölkənin çempionuna qarşı oynayacağıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm