
UEFA Avropa Liqası III təsnifat
mərhələsi cavab qarşılaşmasında “Qəbələ”yə məğlub olan (0:1)
“Apollon”un baş məşqçisinin oyunsonrası mətbuat konfransı baş
tutmayıb. Apasport.az saytının məlumatına görə, buna səbəb kiprli
məşqçinin yerli media nümayəndələrinə qarşı hörmətsizlik etməsi
olub.
Belə ki, konfrans otağına daxil olan rəqib çalışdırıcı vaxtının az
olduğunu, sadəcə öz həmvətənləri üçün yunan dilində danışacağını,
daha sonra o getdikdən sonra dediklərinin Azərbaycan və İngilis
dilinə tərcümə oluna biləcəyini deyib.
Rəqibin bu münasibəti ilə barışmayan yerli mətbuat nümayəndələri
isə onu boykot edərək, zalı tərk ediblər.