• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Kral klubu” xəsislik edir

  • İdman
  • 7 Avqust 2015 14:30
  • 306 Baxış
“Kral klubu” xəsislik edir

“Real” klubu David De Xeanın transferini təxirə salıb.

Publika.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. “Kral klubu” qapıçıya görə 25 milyon funt sterlinqdən artıq pul ödəmək istəmir.

“Mançester Yunayted” isə David de Xea üçün 45 milyon istəyir. Mənbənin məlumatına görə, madridlilər bu transferi hansısa futbolçunun satışı sayəsində həll edə bilərlər, bu isə klubun planlarına uyğun gəlmir.

Bundan əlavə, “Real” Keylor Navas və Kiko Kasilyaya tam etimad göstərir. Onların hər ikisi toplanışda özlərini yaxşı tərəfdən göstəriblər.

Beləliklə, madridlilər gələn ilə qədər gözləməyə razıdırlar. Məhz gələn yay De Xeanın MY ilə müqaviləsi başa çatır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR