“Qəbələ” 21 pillə irəlilədi – UEFA-nın reytinqində
Bizi izləyin

İdman

“Qəbələ” 21 pillə irəlilədi – UEFA-nın reytinqində

Avrokubokların 3-cü təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA klubların növbəti reytinq siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, 456 klubun yer aldığı siyahıda Azərbaycanı 7 komanda təmsil edir.

Klublarımız arasında ən yaxşı nəticə “Qarabağ”a məxsusdur. Hesabına 0,100 xal əlavə edən ağdamlılar xallarını 11,475-ə çatdırıb. Azərbaycan çempionu bu nəticə ilə 1 pillə geriləyərək, 133-cü yerə düşüb.

Mübarizəni dayandırmasına baxmayaraq, aktivinə 0,100 xal yazılan “Neftçi” 9,425 xalla 160-cı yerdəki mövqeyini qoruyub. Xal hesabını 5,075-ə çatdıran “İnter” bir addım irəliləyib və 253-cü yerə yüksəlib.

Digər klublarımızdan çox – 0,600 xal əldə edən “Qəbələ” əmsalını 4,325-ə çatdırıb. Bununla da “Qırmızı-qaralar” 21 pillə irəliləyib. Bu sıçrayışda “Apollon” üzərindəki qələbənin payı çox olub – 1:1, 1:0.

Digər üç komandamız cari mövsüm avrokuboklarda iştirak etməsə də, ölkəmizin reytinqi qalxdığından 0,100 xal əldə edib. 2 pillə geriləyən “Xəzər Lənkəran” (4,075) 292-cı pilləyə düşüb. Hərəyə 2 pillə irəliləyən “Bakı” və AZAL (hər ikisi 2,825) 349-cu yerə şərikdi.

Qeyd edək ki, siyahıya 142,857 xalı olan İspaniya “Real”ı başçılıq edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm