“Qəbələ” təhlükəsizliklə bağlı UEFA-ya müraciət etmək niyyətindədir
Bizi izləyin

İdman

“Qəbələ” təhlükəsizliklə bağlı UEFA-ya müraciət etmək niyyətindədir

"Panatinaikos" kifayət qədər ciddi komandadır. Bilirdik ki, güclü komandalardan biri ilə düşəcəyik".

Publika.az xəbər verir ki, bunu Report-a açıqlamasında "Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.

Komandanın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi - Yunanıstanın "Panatinakos" klubu haqda fikirlərini bildirən vitse-prezident potensial rəqiblər arasında daha güclülərinin də olduğunu qeyd edib. O vurğulayıb ki, rəqib kifayət qədər uğuru olan komandadır: "Buna baxmayaraq, "Panatinaikos"u keçmək potensialımız var".

F.Nəcəfov III təsnifat mərhələsinin ilk oyununda Kiprdə "Apollon"la keçirilən qarşılaşmada yaşanan xoşagəlməz hadisələrə toxunaraq bu cür halların baş verməməsinə çalışdıqlarını deyib:

"Klubumuzun iki nümayəndəsi - Zaur Əzizov və Səbuhi Səfiyarlı Nyonda püşkatmada iştirak ediblər. Püşkatmadan sonra onlar "Panatinaikos" rəsmiləri ilə bu məsələni müzakirə edirlər. Özüm də telefon əlaqəsi yaratmışam. Xoşagəlməz hadisələrin yaşanmamasına çalışırıq. Üstəlik, təhlükəsizlik məsələləri ilə bağlı UEFA-ya da müraciət edəcəyik. Həm "Qarabağ", həm də bizim ilk oyunumuz səfərdədir. Çalışacağıq ki, hər iki komanda eyni vaxtda səfərdə oynamasın. Lakin UEFA nə qərar versə, o da olacaq".

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 20-də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm