Klub rəsmiləri iddialıdır - “Potensialımız da var, şansımız da”
Bizi izləyin

İdman

Klub rəsmiləri iddialıdır - “Potensialımız da var, şansımız da”

Avropa Liqasında mübarizəni davam etdirən klublarımızın pley-offdakı rəqibləri artıq məlumdur. Qrupa düşmək üçün “Qarabağ” “Yanq Boyz”, “Qəbələ” isə “Panatinaikos” səddini keçməlidir. Püşkün nəticələriylə bağlı hər iki klubumuzun rəsmilərinin fikirlərini öyrəmdik.

Publika.az-a açıqlama verən “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov rəqib və şanslar barədə danışıb, komandaya inandığını deyib:

“Biz bilirdik ki, güclü komandalardan biri ilə düşəcəyik. Rəqibimiz “Panatinaikos” kifayət qədər uğurlu klubdur. Adlı-sanlı komandadır. Avrokuboklarda böyük təcrübəyə malikdir. Komandamızı "Panatinaikos"la çətin oyunlar gözləyir. Amma onları keçmək üçün potensialımız da var, şansımız da. İndiki məqamda bizim üçün istənilən rəqib güclüdür”.

"Qarabağ" klubunun icraçı direktoru Emrah Çəlikəl də püşkün nəticəsi ilə bağlı danışdı:

“Rəqibimiz maraqlı və güclü komandadır. Bilirsiz ki, “Yanq Boyz”un Avropa təcrübəsi var və avrokuboklarda yaxşı nəticələr göstərib. Bura qədər gələn komanda zəif ola bilməz. Amma bizim üçün fərq etməz, rəqibdən asılı olmayaraq, Azərbaycanı layiqli şəkildə təmsil etməyə çalşacağıq. Mümkünsüz heç nə yoxdur. Komandamızın qrupa vəsiqə qazanması üçün əlimizdən gələni edəcəyik”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm