"Qəbələ" "Panatinaikos"la ilk oyununu Bakıda keçirəcək
Bizi izləyin

İdman

"Qəbələ" "Panatinaikos"la ilk oyununu Bakıda keçirəcək

"Qəbələ"nin Yunanıstan komandası "Panatinaikos"-la Avropa Liqasının "play-off" mərhələsində keçirəcəyi ilk oyunun məkanı dəyişdirilib.

Trend-in məlumatında görə, UEFA ilə aparılan danışıqlar nəticəsində birinci matçın Bakıda təşkil olunmağına qərar verilib.

Oyun avqustun 20-də baş tutacaq. Matçın stadionu və başlama saatı hələ bilinmir. Cavab qarşılaşması isə bundan bir həftə sonra Afinada baş tutacaq.

Qeyd edək ki, dəyişiklik "Qarabağ"la "Qəbələ"nin eyni gündə Bakıda meydana çıxmaması üçün edilib. Ağdam komandası İsveçrə "Yanq Boyz"u ilə ilk görüşünü avqustun 20-də səfərdə, cavab oyununu isə avqustun 27-də evdə keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm