Mourinyo 30 milyon qazanacaq
Bizi izləyin

İdman

Mourinyo 30 milyon qazanacaq

“Çelsi” klubu 52 yaşlı texniki direktoru Joze Mourinyonun müqaviləsini 2018-2019-cu il mövsümünün sonuna qədər uzadıb.

Axar.az xəbər verir ki, ingilis mətbuatı portuqaliyalı məşqçinin 4 illik müqaviləsi qarşılığında 30 milyon sterlinq alacağını iddia edib.

Klubda uzun müddət qalacağı üçün özünü xoşbəxt hiss etdiyini bildirən portuqaliyalı məşqçi belə açıqlama verib:

“Klub məndən məmnundursa, mən də xoşbəxtəm. Burada davam etməyim klubun sabitliyi üçün çox əhəmiyyətlidir. Ümid edirəm, gələcəkdə daha çox uğur qazanarıq”.

Xatırladaq ki, Joze Mourinyo 2013-cü ildə ikinci dəfə rəhbər gətirildiyi “Çelsi”yə keçən mövsüm Primyer Liqa və Liqa Kuboku çempionluqlarını yaşadıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm