Messi öz nömrəsini Arda Turana verir
Bizi izləyin

İdman

Messi öz nömrəsini Arda Turana verir

İspaniyanın “Barselona” futbol klubunun argentinalı hücumçusu Lionel Messi 10 nömrəli formanı komandaya yeni transfer edilən türkiyəli futbolçu Arda Turana təklif edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyə milli komandasının üzvü özü bildirib.

“Hələ ki bu barədə düşünürəm. Amma Messi mənə dedi ki, istəsəm, on nömrəli futbolkanı verə bilər”, - Arda Turan deyib.

O, həmçinin qeyd edib ki, geyindiyi formanın nömrəsi onun üçün böyük əhəmiyyətə malik deyil. İyirmi səkkiz yaşlı Arda Turanın “Barselona”ya keçidi iyulun əvvəlində baş tutub. Transfer kataloniyalılara 34 milyon avroya başa gəlib.

Məlumata görə, Messinin qeyri-adi təklifi onun klubdan gedişi haqqında şayiələrin yeni dalğasını yarada bilər. Hücumçu daha əvvəllər də bildirib ki, İspaniyanın vergi orqanları tərəfindən təqibə görə “Barselona”nı tərk etməsi mümkündür. Argentinalı çirkli pulları yumaqda və vergilərdən yayınmaqda ittiham olunur.

İspaniya mətbuatına görə, Messi 2012 və 2013-cü illərdə “Messinin dostları” komandası ilə dünya yığması arasında bir sıra görüşlər keçirərək vergilərdən yayınmaqda şübhəli bilinir. Forvardın həmin zaman 1 milyon avro vergidən yayındığı iddia edilir. Bundan başqa, Messi və atasının 2006-2009-cu illərdə təxminən 4 milyon avro üçün saxta vergi deklarasiyası təqdim etdiyi iddia edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm