İlk turun qarşılaşmalarının hakimləri məlum olub
Bizi izləyin

İdman

İlk turun qarşılaşmalarının hakimləri məlum olub

Topaz Premyer Liqasının 2015/2016-cı illər mövsümünün ilk turunun təyinatları məlum olub.

Peşəkar Futbol Liqasından Publika.az-a verilən məlumata görə, avqustun 9-da “Bakcell Arena”dakı “Neftçi” – “Kəpəz” komandalarının qarşılaşmasını baş hakim Fariz Yusifov idarə edəcək. Ona Nahid Əliyev, Knyaz Əmiraslanov və Ziya Nəsirov kömək edəcəklər. Oyunda AFFA nümayəndəsi Ramiz Abdullayev, hakim-inspektor Murad Məmmədov olacaq.

Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “AZAL” görüşünün baş hakimi Orxan Məmmədov olacaq. Oyunda köməkçi hakim funksiyasını Mehman Mahmudov, Mübariz Haşımov və Xəlil Xəlilov yerinə yetirəcəklər. Matça AFFA nümayəndəsi Eldar Qasımov, hakim-inspektor Məlik Həsənov təyin olunublar.

“Xəzər Lənkəran” mərkəzi stadionunda oynanılacaq “Xəzər Lənkəran” – “İnter” matçında əsas referi Rəhim Həsənov təyin olunub. Ona Vaqif Musayev, Namiq Hüseynov və Ramil Diniyev yardım edəcəklər. Qarşılaşmada AFFA nümayəndəsi Rauf Hüseynli, hakim-inspektor Asim Xudiyev olacaq.

Avqustun 10-da “Bayıl Arena”da keçiriləcək “Rəvan” – “Sumqayıt” oyununda baş hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Köməkçi hakimlər Azər Əsgərov, Coşqun Həsənov və Rəvan Həmzəzadə, AFFA nümayəndəsi Ramiz Mustafayev, hakim-inspektor isə Rövşən Əhmədov təyin olunub.

Baş hakim Əliyar Ağayevin idarə edəcəyi Qəbələ şəhər stadionundakı “Qəbələ” – “Qarabağ” oyununda köməkçi hakimlər Zeynal Zeynalov, Rza Məmmədov, Yaşar Abbasov olacaq. Bu görüşə əlavə köməkçi hakimlər Ömər Paşayev və Elvin Əsgərov təyin olunublar. AFFA nümayəndəsi Məmmədəli Məmmədov, hakim-inspektor isə Şahin Cəfərov təyin edilib.

Qeyd edək ki, bütün oyunlar saat 21:00-da başlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm