“Qarabağ” Qəbələyə hücumçusuz getdi
Bizi izləyin

İdman

“Qarabağ” Qəbələyə hücumçusuz getdi

“Qarabağ” Qəbələyə hücumçusuz getdi

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Qəbələ"nin qonağı olacaq "Qarabağ" səfərə tam heyətlə yollana bilməyib.

Publika.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov Nikolas Gelaşvilini Bakıda saxlayıb.

Buna səbəb gürcü forvardın zədəli olmasıdı. Gelaşvili zədə səbəbindən "Qarabağ"ın Premyer Liqadakı son 2 matçını ("Neftçi" və "Bakı") və Gürcüstan yığmasının martın 5-də Lixtenşteynlə yoldaşlıq oyununu buraxıb.

Nikolas XXIII turun "Simurq"la oyununda zədə alıb. O, hələ tam hazır olmaq üçün bir həftə də gözləməlidi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm