Spada Katyuşa: "Mən Qəbələdəki uğurumu heç vaxt unutmayacağam"
Bizi izləyin

İdman

Spada Katyuşa: "Mən Qəbələdəki uğurumu heç vaxt unutmayacağam"

Füsunkar təbiətin, uca dağların və yaşıl meşələrin əhatəsində belə bir möhtəşəm yarışda iştirak etmək mənim üçün çox xoş oldu. Bu, mənim Qəbələyə ilk gəlişim idi və iki gün ərzində rayonla tanış oldum. Mən bu mübarizədə dünya kuboku yarışlarının qalibi olaraq 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazandım və İtaliyaya qələbə sevinci ilə qayıdacağam. Mən Qəbələ şəhərini, insanların qonaqpərvərliyini və buradakı uğurumu heç vaxt unutmayacağam.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Qəbələdə olimpiya atıcılıq növləri üzrə dünya kuboku uğrunda yarışların final mərhələsində dairəvi səngər stend atıcılığı üzrə qadınlar arasında keçirilən mübarizədə birinci yeri tutan İtaliya idmançısı Spada Katyuşa deyib.

ABŞ və Böyük Britaniya idmançılarını xal hesabı ilə geridə qoyaraq dünya kuboku yarışlarının qızıl medalını qazanan S.Katyuşa Azərbaycana yenə gəlmək istədiyini bildirib. “Burada insanlar çox səmimi və qonaqpərvərdir. Çoxlu idmançılarla tanış oldum, yeni dostlar qazandım. Yarışın təşkilatçılığı çox yüksək səviyyədə idi”, - deyə o əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm