Güləşçimiz erməninin kürəyini yerə vurdu
Bizi izləyin

İdman

Güləşçimiz erməninin kürəyini yerə vurdu

Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir.

Azərbaycan Güləş Federasiyasından Publika.az-a verilən məlumata görə, çempionatın son günündə 46, 54, 63, 76 və 100 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

46 kq çəkidə mübarizə aparan Zaur Nuriyev əvvəlcə Belarus, ardınca Ermənistan təmsilçisinə qalib gəlib. Yarımfinalda Türkiyə güləşçisinə uduzan Zaur bürünc medal uğrunda görüşə çıxacaq. Rəqib Latviya idmançısı olacaq.

100 kq çəki dərəcəsində yığmamızın üzvü Camal Feyziyev Xorvatiya, Bosniya və Hersoqovina və Rumıniya güləşçilərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Finalda güləşçimizi Rusiya təmsilçisi ilə gərgin və maraqlı görüş gözləyir.

Final görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm