Fariz Məmmədov nə vaxt qisas alacaq?
Bizi izləyin

İdman

Fariz Məmmədov nə vaxt qisas alacaq?

Fariz Məmmədov nə vaxt qisas alacaq?

Azərbaycanı və "Qəbələ" İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədov martın 15-də növbəti döyüşünü keçirəcək.

Publika.az xəbər verir ki, bu görüş planlaşdırıldığı kimi alman Mattias Pelkə qarşı deyil, digər təcrübəli boksçu Samir Boukraraya qarşı baş tutacaq. Pelklə görüşün baş tutmamasına səbəb Almaniya təmsilçisinin döyüşə 2 həftə qalmış zədələnməsi olub.

Bu barədə gabalafc.az-a açıqlama verən Fariz Məmmədov Boukrara ilə planlaşdırılan qarşılaşmanın təfərrüatlarından danışıb: "Bildiyiniz kimi bir neçə gün sonra almaniyalı Mattias Pelklə revanş döyüşündə üz-üzə gəlməli idim.

Lakin Pelkin zədələnməsi sözügedən görüşün təxirə salınması ilə nəticələndi. Əvəzində reytinq xarakterli 8 raundluq döyüşdə rinqə çıxacam. Bu qarşılaşmada mərakeşli Samir Boukrara ilə üz-üzə gələcəm.

Rəqibimin 36 yaşı var. Peşəkar rinqdə təcrübəsi böyükdü, çoxlu vacib qələbələri var. Bu mənim üçün Pelklə görüş öncəsi vacib döyüş olacaq.

O ki qaldı revanşın vaxtına, bu Mattiasın müalicə müddətindən asılı olacaq. Həkimlər ona döyüşməyə icazə verdikdən sonra tarixi müəyyənləşdirəcəyik. Yəqin ki, qarşılaşma may və ya iyun ayında baş tutacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm