Premyer Liqa: XL və “Zirə”dən uğurlu debüt
Bizi izləyin

İdman

Premyer Liqa: XL və “Zirə”dən uğurlu debüt

Azərbaycan Premyer Liqasının 2015/16 mövsümü dünən start götürüb.

Publika.az xəbər verir ki, oyunlardan ikisi Bakıda, biri isə Lənkəranda baş tutub. Qalan iki oyun isə bu gün baş tutacaq.

"Neftçi" evdə Azərbaycan futbolunun elitasına qayıdan "Kəpəz"i qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Premyer Liqanın debütantı "Zirə" isə evdə AZAL-la qarşılaşıb. "Qartallar" Premyer Liqada debütünü qələbəylə qeyd edib - 1:0.

Lənkəranda isə FİFA-nın cəzasına görə yeni transferlərinin xidmətindən yararlana bilməyən "Xəzər Lənkəran"la Avropa Liqasında yenicə mübarizəni dayandıran "İnter" üz-üzə gəlib. Lənkəranlılar yeni transferlərinin xidmətindən yararlana bilməsə də, oyundan qələbəylə ayrılmağı bacarıb - 2:0.

Azərbaycan Premyer Liqası, 1-ci tur

9 avqust

Zirə - AZAL 1:0

Viktor İqbekoyi, 6.

Xəzər Lənkəran - İnter 2:0

Elnur Cəfərov, 7. Rahid Əmirquliyev, 31.

10 avqust

Rəvan - Sumqayıt

Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, Coşqun Həsənov, Rəvan Həmzəzadə.

AFFA nümayəndəsi: Ramiz Mustafayev.

Hakim-inspektor: Rövşən Əhmədov.

Bakı. "Bayıl Arena", 21:00.

Qəbələ - Qarabağ

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Yaşar Abbasov.

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Hakim-inspektor: Şahin Cəfərov.

Qəbələ. Şəhər stadionu, 21:00.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm