İdman
Avropa çempionatında uğurlu nəticə
Estoniyanın Tartu şəhərində velosiped idmanının şosse növü üzrə 23 yaşadək velosipedçilər arasında Avropa çempionatı başa çatıb. Yarış Azərbaycan yığma komandası üçün uğurlu nəticə ilə yadda qalıb.
Publika.az xəbər verir ki, komandamızın üzvü, 21 yaşı ötən ay tamam olan Samir Cəbrayılov bu yaş qrupunda Azərbaycan velosipedinin ən yüksək nəticəsinə imza atıb. "Synergy Baku" kontinental komandasının da şərəfini qoruyan idmançımız 161 km məsafəni Avropa çempionu titulunu qazanan slovakiyalı Erik Baska ilə eyni vaxtda başa vurub - 3 saat, 36 dəqiqə, 49 saniyə.
Fotofinişə əsasən Samir Cəbrayılov yekun sıralanmada 160 iştirakçı arasında 14-cü nəticə göstərib. Xatırladaq ki, ötən il İsveçrədə təşkil olunmuş anoloji yarışda Elgün Əlizadə gənclər arasında 12-ci olmuşdu.
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO