• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Məşhur boksçu pullarını qoymağa yer tapmır - FOTOLAR

  • İdman
  • 10 Avqust 2015 19:33
  • 1 960 Baxış
Məşhur boksçu pullarını qoymağa yer tapmır - FOTOLAR

Sosial şəbəkələr idman dünyasının ulduzlarının da gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Məşhurlar sosial şəbəkələr vasitəsilə pərəstişkarları ilə əlaqə saxlayır, onların fikirlərini öyrənir, öz düşüncələrini bölüşürlər.

Təbii, ulduzların sosial şəbəkədəki sevimli “oyun”larından biri də şəkillər paylaşmaqdır. Dünya idmanının tanınmış simaları təkcə öz şəkilləri ilə diqqət çəkmirlər. Onlar ən müxtəlif mövzuları özündə əks etdirən şəkillər paylaşırlar. Ötən həftə də istisna olmadı. Dünya ulduzları “instaqram”da müxtəlif mənalar kəsb edən şəkillər paylaşdılar.

Publika.az ötən həftə idman ulduzlarının paylaşdığı ən maraqlı fotoları təqdim edir:

Kriştisno Ronaldo - Qayıq götürməyi yaddan çıxartmışam. Görəsən, burdan çıxış yolu var?

Lionel Messi - İki əfsanəni bir yerdə görmək hər vaxt mümkün olmur.

Steven Cerrard - Baxım görüm, “Liverpul” ilk qarşılaşmada necə oynayıb.

Rio Ferdinand - Oxşarlarla şəkil çəkdirmək əyləncəlidir.

Flod Meyvezer - Oğurluq edirəm? Yox, mənimki “kasıb pul tapdı, saxlamağa yer tapmadı” məsəlinə bənzəyir.

Leonardo Bonuççi - Bu da Superkubok. “Yuventus”un İtaliyada tayı-bərabəri yoxdur.

Tereza Nilsen - Bu onlarda adət-ənənə sayılır.

Tibo Kurtua - Deyəsən, Dieqo Kosta ona nəsə öyrədə bilib axı. Yoxsa, ilk oyunda qırmızı vərəqə almazdı.

PSJ - Əməliyyat bitdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR