Azərbaycanlı futbolçu İspaniyada şou göstərir
Bizi izləyin

İdman

Azərbaycanlı futbolçu İspaniyada şou göstərir

Bir müddət öncə "Əlincə"dən "Malaqa"ya transfer olunan Qara Qarayev İspaniya klubunun heyətində ilk matçını keçirib.

Publika.az xəbər verir ki, Qarayev "Betis"lə keçirilən yoxlama matçında meydana çıxıb.

Gənc futbolçumuz ikinci hissədə forma geyinib. İstedad və bacarığını yeni komandası ilə çıxdığı ilk matçda da nümayiş etdirən Qara 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Qarşılaşma "Malaqa"nın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm