“Qəbələ” – “Qarabağ” - 2:2
Bizi izləyin

İdman

“Qəbələ” – “Qarabağ” - 2:2

Azərbaycan Premyer Liqasının 2015/16 mövsümü dünən başladı. Ilk oyun günündə 3 oyun baş tutdu.

Publika.az xəbər verir ki, bu gün daha iki qarşılaşma oynanılacaq. Avropa Liqasında mübarizəni davam etdirən təmsilçilərimiz "Qəbələ" və "Qarabağ" Qəbələdə münasibətlərinə aydınlıq gətirəcəklər.

Günün digər qarşılaşmasında “Rəvan” “Sumqayıt”I qəbul edəcək.

Azərbycan Prem Liqası, 1-ci tur

10 avqust

21:00 Rəvan - Sumqayıt

Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, Coşqun Həsənov, Rəvan Həmzəzadə.

AFFA nümayəndəsi: Ramiz Mustafayev.

Hakim-inspektor: Rövşən Əhmədov.

Bakı. "Bayıl Arena"

21:00 Qəbələ - Qarabağ

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Yaşar Abbasov.

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Hakim-inspektor: Şahin Cəfərov.

Qəbələ. Şəhər stadionu

****

“Qəbələ” – “Qarabağ” oyununda hesab oyunun 31-ci dəqiqəsində açıldı. “Qəbələ”nin futbolçusu Sergey Zenyov komandasını hesabda irəli çıxardı - 1:0

****

Oyunun birinci hissəsi "Qələbə"nin minimal hesablı qələbəsi ilə başa çatdı.

****

Oyunun ikinci hissəsində hesab dəyişir. Hakimin 62-ci dəqiqədə “Qəbələ”nin qapısına təyin etdiyi on bir metrlik cərimə zərbəsini “Qarabağ”ın futbolçusu Riçard Almeyda qola çevirib - 1:1

****

Oyunun 74-cü dəqiqəsində “Qəbələ” meydanda 10 nəfərlə qalır. Rəşad Sadiqov rəqib oyunçuya qarşı kobud hərəkətə görə qırmızı vərəqə ilə cəzalandırılır. Say üstünlüyündən istifadə edən qonaq komandanın futbolçusu Riçard Almeyda özünün və komandasının ikinci qolunu vurur - 1:2

****

“Qarabağ”ın hesabda üstünlüyü cəmi 3 dəqiqə davam edir. “Qəbələ”nin futbolçusu Samir Zərgərov 86-cı dəqiqədə hesabı bərabərləşdirir – 2:2

Oyun bu hesabla başa çatır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm