Kadırov həmyerlimiz üçün “qanlı döyüş” təşkil edir - VİDEO
Bizi izləyin

İdman

Kadırov həmyerlimiz üçün “qanlı döyüş” təşkil edir - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycanın məşhur K-1 ustası Zabit Səmədov növbəti döyüşünə çıxacaq. Onun budəfəki rəqibi Bosniya və Herseqovina idmançısı Dzevad Poturak olacaq.

Publika.az xəbər verir ki, “Akhmat Fight Show” adlanan döyüş Çeçenistanın paytaxtı Qroznı şəhərində avqustun 22-də baş tutacaq. Yarışlara ciddi hazırlaşan idmançımız məşqlərini Qroznıda da davam etdirəcəyni bildirib:

“12 gün sonra yarış başlayacaq. Vaxt az qalıb. Yarışın baş tutacağı məkanda – Qroznıda da hazırlığı davam etdirəcəyik. Ümid edirəm ki, bu döyüşdə onlar heç bir problem yaratmayacaq. Hər şey çox yüksək səviyyədə keçir. Döyüşləri bütün idman kanalları yayımlayır. Turnir yüksək səviyyədə olacaq, çünki Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun nəzarəti altında baş tutacaq. Rəqibimə gəldikdə isə çox təcrübəli idmançıdır, qalib gəlmək üçün çalışacam”.

Səmədovun rəqibi Dzevad Poturak isə döyüş haqda bunları deyib:

“Zabit Səmədov əla döyüşçüdür. Ancaq mən Çeçenistana rəqibimi məğlub etmək üçün gedirəm. Rəqibimə demək istərdim ki, tezliklə görüşəcəyik. Siz rinqdə əsl döyüş görəcəksiniz”.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm