Lənkəranda rekord, Bayılda anti-rekord
Bizi izləyin

İdman

Lənkəranda rekord, Bayılda anti-rekord

Azərbaycan Premyer Liqasının 2015/16 mövsümünün ilk turu üçün azarkeş sayı məlum olub.

Publika.az xəbər verir ki, ilk turda ən çox azarkeş Lənkəranda baş tutmuş "Xəzər Lənkəran" - "İnter" oyununda qeydə alınıb. "Ağ-yaşıllar"ın 2:0 qalib gəldiyi matçı 7000 azarkeş tribunalardan izləyib.

Turun anti-rekordu isə "Bayıl Arena"da qeydə alınıb. Burada baş tutmuş "Rəvan" - "Sumqayıt" oyununu (0:0) 1000 tamaşaçı izləyib.

İlk turun mərkəzi oyunu olan "Qəbələ" - "Qarabağ" qarşılaşmasına (2:2) 3200 azarkeş gəlib.

Digər oyunlardan "Bakcell Arena"dakı "Neftçi" - "Kəpəz" matçını (0:0) 1500, Zirə olimpiya idman kompleksinin stadionunda baş tutmuş "Zirə" - AZAL matçını (1:0) isə 1300 azarkeş izləyib.

Ümumilikdə 1-ci turun 5 qarşılaşmasını cəmi 14000 azarkeş stadiondan izləyib ki, bu da hər oyuna orta hesabla 2800 tamaşaçı deməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm